
Növbəti ildə pensiya, təqaüd və social müavinətlərin artırılacaq. Artıq bununla bağlı 2017-ci il dövlət büdcəsində müəyyən vəsaitin də ayrılması nəzərdə tutulub.
Gununsesi.info Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, artıq 2017-ci ildə manatın ucuzlaşması fonunda ölkə əhalisinin həssas social qruplarının social müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur. Layihədə pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı social yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqıların artırılması növbəti ildə də tətbiqinin davamı olaraq 2017-ci ilin büdcəsində 436 mln manat vəsaitin ayrılması nəzərdə tutulur.
Mürtəza
Gununsesi.info












