Gəncədə 2 avtomobil toqquşdu

  • By admin
  • 02 Oktyabr 2017 08:10

qeza_0369

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində iki şəhər sakini, 1963-cü il təvəllüdlü Allahverdiyeva Tahirə və 2002-ci il təvəllüdlü Röyal Adıgözəlov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info