Gəncədə ata və oğlu bıçaqlanıblar

  • Müəllif: admin
  • 06 Avqust 2023 22:11

Gəncə şəhərində mübahisə zəminində iki nəfər bıçaq xəsarəti alıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin dördüncü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında düşmüş mübahisə zəminində, 1971-ci il təvəllüdlü X.Əliyev ayağından, onun oğlu 1999-cu il təvəllüdlü V.Əliyev isə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info