Gəncədə avtobusun vurduğu piyada ölüb

  • By admin
  • 16 Fevral 2020 15:56

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

11 saylı xətt üzrə işləyən mikroavtobus yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Abbasov Eldar Qara oğlunu vurub. Yaşlı kişi sürücü tərəfində xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org