Gəncədə növbəti bıçaqlanma hadisəsi baş verdi

  • By admin
  • 28 Oktyabr 2016 08:38

Bicaqlama

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, şəhər sakini 1983-cü il təvəllüdlü Ramin Namazov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Gununsesi.info

 

R. Namazovun bildirdiyinə görə, o mübahisə zəminində tanımadığı taksi sürücüsü tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.