Gəncədə qəribə qəza: Sürücüsü olmayan maşın hərəkətə gəlib piyadanı vurub

  • By admin
  • 05 Oktyabr 2019 20:45

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində binaların birinin qarşısında qeydə alınıb.

İlkin məlumatlara görə, içərisində sürücüsü olmayan avtomobil anidən hərəkətə gəlib və binanın qarşısından keçən 1943-cü il təvəllüldü Həsənov Ənvər Ədil oğlunu vurub.

Nəticədə yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən 76 yaşlı piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

 

 

Gununsesi.org