Gəncənin polis rəisi danışdı -ONLAR AĞIR CİNAYƏT TÖRƏDİB (EKSKLÜZİV)

  • By admin
  • 22 Aprel 2019 18:10

Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə sui-qəsd olayından sonra baş verən hadisələrə görə həbs edilən 70 -ə yaxın şəxsin ailə üzvləri adıçəkilən şəhərdə aksiya keçirib. Onlar idda edib ki, övladlarına qarşı işgəncə faktları olub.

Bu iddialarla bağlı Gununsesi.org-a eksklüziv açıqlama verən Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov bu iddiaları təkzib edib.

Onun sözlərinə görə, baş verən hadisəyə qanunla aidiyyatı hüquq-mühafizə orqanları qiymət verir:

“İşgəncə söhbətləri cəfəngiyatdır. Onlar ağır cinayət törədiblər”.

Gununsesi.org