General işdən çıxarıldı

  • Müəllif: admin
  • 03 May 2018 11:25
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Gununsesi.info “unikal.org”a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələ ki yerimə təyinat yoxdur”.
Gununsesi.info