Gey-parad təşkilatçılarına sərt xəbərdarlıq: “Çox ağır nəticələr verəcək!” - VİDEO

  • By admin
  • 15 İyun 2016 14:19

warning

Türkiyədə ülkücülər İstanbulda yürüş keçirmək istəyən geylərə sərt xəbərdarlıq ediblər.

Gununsesi.info xəbər verir ki, milliyətçi Alpərən Ocaqları təşkilatının İstanbul şöbəsinin başqanı Gürşad Mican yaydığı bəyanatda Taksimdə gey-paradın keçirilməsini sərt şəkildə pisləyib və bunun təşkilatçılarına xəbərdarlıq edib.

“Rəcəb, şaban və ramazan kimi mübarək aylarda belə yığıncaq və yürüşlər keçirmək istəyənlərə sözüm budur ki, belə addımlar ağır nəticələr verə bilər və bunun məsuliyyəti də yalnız bu tədbiri təşkil edənlərin üzərinə düşəcəkdir. Bizim bu gey-parada reaksiyamız çox sərt olacaq və biz İstanbulun göbəyində belə biabırçılığa yol verməyəcəyik”, – deyə Alpərən Ocaqları başkanı bildirib.