Gizli gümüş keçirmək istəyən şəxs saxlanıldı

  • Müəllif: admin
  • 01 İyul 2017 11:07

gomruk2

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin sol qabaq oturacağının söykənəcək hissəsinin içərisində gömrük nəzarətindən gizlədilən müxtəlif forma və çəkidə cəmi 23 ədəd olmaqla, ümumi çəkisi 4,8 kq olan gümüş predmetlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info