Gömrükdə mobil telefonlar müsadirə olundu - FOTOLAR

  • By admin
  • 11 Oktyabr 2016 13:57

telefon
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində gömrük yoxlaması aparılıb.
Gununsesi.info Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd “Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info