Goranboy sakini də dəm qazından zəhərləndi

  • By admin
  • 03 Dekabr 2016 08:35

qaz

Goranboyda dəm qazından zəhərlənmə olub.

Gununsesi.info-nun verdiyi məlumata görə, rayonun Tapqaraqoyunlu kənd sakini 1995-ci il təvəllüdlü Rüstəm Firuz oğlu Əmiraslanov yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

R. Əmiraslanov dərhal Goranboy rayon mərkəzi xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Gununsesi.info