Goranboyda bir ailə QƏZAYA düşdü - ölüm var  

  • Müəllif: admin
  • 06 İyul 2018 13:42

 

İyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi “Suzuki” markalı avtomobilə vurub.

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, nəticədə C.Talıbovun sərnişinlərindən – arvadı Aidə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.