Goranboyda pambıqçıların qəzaya düşməsilə bağlı araşdırmalar davam edir

  • By admin
  • 30 Oktyabr 2017 12:34

Oktyabrın 27-də Goranboy rayonunda pambıqçıları daşıyan avtobusun qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə Goranboy rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı avtotexniki ekspertiza təyin edilib: “Hələlik avtotexniki ekspertizanın cavabları məlum olmadığından fakta görə cinayət işi başlanmayıb”.

Qeyd edək ki, oktyabrın 27-də axşam saatlarında Goranboy rayonunda fəhlələri pambıq sahəsindən gətirən avtobus rayonun Nadirkənd kəndində körpüdən çaya aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hadisə zamanı 25 nəfər xəsarət alıb. Onlardan ikisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına, 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Gununsesi.info