
Yəqin ki, təbiətin sonsuz rəng çalarlarına heyran olmayan insan yoxdur. Dünyanın müxtəlif yerlərində rast gəlinən canlı rənglərə malik təbiət möcüzələri, hətta insan əməyi ilə tikilmiş rəngarəng binalar da gözəllik sevənlərin diqqətini çəkir.
Gununsesi.info dünyanın ən rəngarəng yerlərini oxucularına təqdim edir.
Provans, Fransa

Provans Fransanın ən qədim əyalətlərindən biridir. Lavanda tarlaları ilə məşhur bu ərazidə çiçəklər açdıqda əfsanəvi görüntü ortaya çıxır.
Karezza gölü, İtaliya

İtaliyanın Dolomites dağlarının ətəklərində yerləşən göl yaşılın hər tonunu özündə əks etdirir. Xüsusən, yaz gəldəndə Karezza “Göy qurşağı” gölü adlandırılır.
Şafşavan, Mərakeş

Şafşavan bütün küçələri və evləri maviyə boyanmış Mərakeş şəhəridir. Rəng çalarlarına görə hər kəsin diqqətini çəkməkdədir.
Crimea duz gölü, Ukrayna

Ukraynadakı duz gölünün rəngi görənlərin təəccübünə səbəb olur. Göl duzda yaşayan bakteriyalar səbəbindən çəhrayı rəngə boyanmışdır.
Burano adası, İtaliya

Venesiyadakı Burano adası da dünyanın ən rəngarəng yerlərindən biri hesab olunur. Ada müxtəlif rənglərdə boyanmış evləri ilə məşhurdur.
Rio Celeste bulağı, Kosta-Rika

Kosta-Rika yer alan bulaq insanı sanki sirli dünyaya aparır. Yaşıl meşənin düz ortasında yerləşən bulağın rəngi görənləri heyran edir.
La Boca, Argentina

Argentinanın ən məşhur şəhərlərindən olan La Boca rəngbərəng boyanmış qədim evləri ilə hər kəsi heyran qoymağı bacarır.
Mendenhall Buz mağarası, Alyaska

Alyaskanın paytaxtı Cuno şəhərinə 21 km məsafədə yerləşən mağara ölkənin ən məhşur yerlərindən biridir. Mağaradakı buzların maviliyi göz oxşayan mənzərə üzə çıxarır.
Gununsesi.info










