Göyçayda yanğın: -evin yarısı kül oldu

  • Müəllif: admin
  • 01 Dekabr 2016 13:26

yanan-ev-yangin-yanqin-yangin
Göyçayda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun İkinci Ərəbcəbirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 25 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info