Göyçayda yaşayış evi yanıb - FOTOLAR (ÖZƏL)

  • By admin
  • 01 İyul 2016 12:23

yangin (1)

 

Göyçay şəhəri Ziya Bünyadov küçəsi mənzil 1-də yanğın hadisəsi qeydə alınıb. Gununsesi.info xəbər verir ki, ev sahibi 1948-ci il təvəllüdlü Qurban Xəlilova məxsus mənzildə başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Əraziyə dərhal FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı evin 30 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı tez bir zamanda alınıb və evin tamamilə yanmasına imkan verilməyib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.Yanğına səbəb evdə quraşdırılan qaz balonunun nəzarətsiz qalması nəticəsində püskürməsi olub.

Faktla bağlı araşdırma aparılır.    

 

yangin (2)

 

yangin (3)

 

Gununsesi.info