Göygöldə 4 yaşlı uşağın ölümünün təfərrüatları məlum olub –  YENİLƏNİB

  • By admin
  • 12 May 2017 23:05

bogulma

 

Göygöldə 4 yaşlı uşağın ölümünün təfərrüatları məlum olub

APA-nın verdiyi məlumata görə, Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Valideynləri ilə Rusiyanın Rostov şəhərindən kənddə olan nənəsi gilə qonaq gələn, 2013-cü il təvəllüdlü İsgəndərov Ayxan Rauf oğlu həyətdə oynayan zaman top su hovuzuna düşüb. Topu götürmək istəyən balaca suya yıxılıb. Həyətdə heç kəs olmadığından evdəkilər Ayxanın səsi gəlmədiyini görəndə axtarmağa başlayıblar və onu hovuzda boğulduğunu görüblər. Uşaq dərhal xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

 

***

 

19:41

 

Göygöldə 3 yaşlı uşaq hovuza düşərək boğulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

2013-cü il təvəllüdlü İsgəndərov Ayxan Rauf oğlu valideynlərin gözündən yayınaraq həyətdəki su hovuzuna düşüb və boğularaq ölüb.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info