Güclü külək Ucarda yanğınlar törətdi

  • By admin
  • 23 Fevral 2017 19:12

yangin

 

Güclü külək Ucar rayonunda yanğınlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün rayonun bir neçə yaşayış məntəqəsində 7 yanğın hadisəsi qeydə alınıb. Yanğın zamanı 1 transformator, 1 tövlə və müxtəlif ərazilərdə kol-kos yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində bütün yanğın hadisələrinin qarşısı alınıb və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

 

Gununsesi.info