Samux sakinini avtomobil vurub

  • By admin
  • 23 Fevral 2017 19:26

qeza252

 

Samux sakinini avtomobil vurub.

APA-nın verdiyi məlumata görə, rayonun Kolayır kənd sakini, 2002-ci il təvəllüdlü Surxayev Nizami Telman oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. Surxayevi rayonun digər kəndində avtomobil vurub.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Gununsesi.info