Güclü yağış nəticəsində 7 nəfər ölümünə səbəb oldu

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 08:43

honduras

Hondurasda yağan güclü yağış nəticəsində 7 nəfər ölüb.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölüm faktları ölkənin cənub bölgəsində qeydə alınıb.

Məlumata əsasən, 3 uşaq torpaq sürüşməsi, daha 4 nəfər isə  daşqınlar nəticəsində boğularaq həyatlarını itiriblər.

Meteoroloqların məlumatına görə, cəmi bir neçə saat ərzində Hondurasın cənubuna 150 mm yağış düşüb. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

Gununsesi.info