Gülhanə Hərbi Tibb Akademiyasının 100 əməkdaşı həbs olunub

  • By admin
  • 02 Avqust 2016 15:03

gul

 

Hazırda Türkiyənin paytaxtı Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasında fətullahçılarla əlaqədə olduğu şübhəli bilinənlərə qarşı əməliyyat keçirilir.

Gununsesi.infonun xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Əməliyyatı Türkiyə kəşfiyyat və xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatı (MİT)həyata keçirir.

Başlanan əməliyyat nəticəsində Hərbi tibb müəssisəsində çalışan 100 nəfər həbs olunub. Saxlanılanlar arasında həkimlər və məmurlar da var.

 

Hazırda əməliyyat davam etməkdədir.

 

Gununsesi.info