Gürcüstan-Azərbaycan sərhədində görünməmiş tıxac - FOTOLAR

  • By admin
  • 23 Mart 2017 20:55

 

serhed tixac

Novruz bayramı ilə əlaqədar minlərlə insan istirahət məqsədi ilə qonşu Gürcüstana üz tutub.

Gununsesi.info xəbər verir ki, bayram ərəfəsində Azərbaycandan Gürcüstana keçiddə ciddi problemlər yaşanıb.

Əldə etdiyimiz məlumatda qeyd olunur ki, təxminən, 400-500 avtomobil “Sınıq körpü” sərhəd keçid buraxılış məntəqəsində növbə gözləyib. Bunun səbəb isə ölkə əhalisinin bir qisminin Novruz bayramını qonşu Gürcüstanda keçirmək istəyi ilə bağlı idi.

İnformasiyada həmçinin, o da bildirilir ki, hazırda Azərbaycana dönüşdə də Gürcüstan tərəfdə görünməmiş tıxac yaranıb. Gununsesi.info-nun əməkdaşının verdiyi xəbərə görə, tıxacın uzunluğu təxminən, 2-3 kilometrdir. Məhz elə bu səbəbdən də sürücülər sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.

IMG-20170323-WA0001

IMG-20170323-WA0002

IMG-20170323-WA0003

 

Gununsesi.info