Gürcüstan-Azərbaycan sərhədinin 34 faizi mübahisəlidir

  • Müəllif: admin
  • 03 Aprel 2019 09:45

Yaxın vaxtlarda Azərbaycan-Gürcüstan delimitasiya və demarkasiya komissiyası işini bərpa edəcək.

ONA-nın məlumatına görə, bu barədə Gürcüstan XİN-in açıqlamasında deyilir. Bildirilir ki, hazırda tərəflər komissiyanın tərkibini yeniləyir. Komissiyanın toplantısının konkret tarixi isə açıqlanmır.

XİN-dən o da bildirilib ki, bu gün Gürcüstanla Azərbaycan sərhədinin 34 faizi mübahisəlidir: “Komissiyanın işi nəticəsində sərhədin 66 faizi razılaşdırılıb. Digər hissələrin də razılaşdırılması istiqamətində iş aparılır”.

Gununsesi.org