Gürcüstanda Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi – Ölkədə hansı siyasi oyunlar gedir?

  • By admin
  • 28 Yanvar 2020 08:43

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria istefa verib.

Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, bu barədə o, özü bildirib.

L.İzoria deyib ki, bundan sonra Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər Gürcüstanın müdafiə naziri olub. O, ötən ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər, noyabrında isə Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Gununsesi.org