Gürcüstanda zəlzələ oldu - Azərbaycan silkələndi

  • By admin
  • 12 İyul 2016 14:48

zelzele

Azərbaycan-Gürcüstan sərhəddində zəlzələ baş verib. Gununsesi.info  Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi internet saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən yerli vaxtla 14:14:03- də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində – Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarında, Gəncə şəhərində 3 baldan artıq hiss olunub.

Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 13 km olub.

 

Gununsesi.info