Gürcüstandan Azərbaycana avtomobil idxalı 7 DƏFƏDƏN ÇOX ARTIB

  • By admin
  • 19 Mart 2018 11:26
Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 16 mln. 116.0 min dollar dəyərində 876 ədəd avtomobil idxal edilib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 754 ədəd və ya 7,18 dəfə çoxdur. Məbləğ baxımından isə 12 mln. 963,1 min dollar və ya 5,11 dəfə çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstandan xarici ölkələrə 3 mln. 152,9 min dollar dəyərində 122 ədəd avtomobil göndərilib.
Ümumilikdə isə ötən iki ay ərzində Gürcüstandan xarici ölkələrə 37 mln. 979.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 8,5%-nə bərabərdir. 2017-ci ilin yanvar-fevral aylarında bu rəqəm 19 mln. 319.8 min dollar dəyərində olub.
Gununsesi.info