Gürcüstanın müdafiə naziri istefa verir

  • By admin
  • 12 İyul 2016 12:44

gurcu nazir

 

 

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili bu günlərdə postlarını tərk edəcəklər.

“Gununsesi.info” gürcü KİV-ə istinadən xəbər verir ki, bu barədə parlament spikeri David Usupaşvili məlumat verib.

O bildirib ki, Xidaşeli və Zakareişvilinin postlarını tərk etmələrinə səbəb oktyabrın 8-də keçiriləck parlament seçkilərində iştiraklarıdır.