Qəzayə piyadə səbəb oldu

  • By admin
  • 12 İyul 2016 12:50

piyade

 

Ötən gecə Səbail rayonu Zərifə Əliyeva prospektində qəza baş verib. Gununsesi.info xəbər verir ki, prospektlə hərəkətdə olan “tofaş” markalı avtomobilin qarşısına qəfil piyada çıxıb. Piyadanı vurmamaq üçün manevr edən sürücü idarəetməni itirib və nəticədə avtomobil çevrilib. Sürücü hadisə şahidlərinin köməkliyi ilə maşından çıxarılıb. Avtomobil yarasız hala düşsə də xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qəzadan sonra yanğın baş vermə təhlükəsi olduğundan əraziyə FHN yanğın mühafizə xidmətinin əməkdaşları cəlb edilib.

Yanğın təhlükəsinin qarşısı alınandan sonra avtomobili cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

 

piyade1

 

Gununsesi.info