
Oktyabrın 17-də həbsdə olan jurnalist Fikrət Fərməz oğlunun həyat yoldaşı Sabunçu rayonun polis bölməsinə dəvət olunub.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda o sosial şəbəkədəki səhifəsində yazıb: “Sabunçu rayon polis idarəsində rəis müavini Şaiq Əliyev tərəfindən dəvət edilmişdim. Evimizə daxil olmaq istiyən adamlarla bağlı mənə suallar verdilər. Fikrətin həbsiylə də bağli xeyli sayda suallar verdilər. Hansı orqan tərəfindən həbs olduğunu soruşdular. Mən onlara dedim ki, yoldaşım həbs olunan gündən bizə muxtəlif təzyiqlər göstərilib. Bu məsələ də onun sifarişli həbsini ört-basdır etmək ücün və mənin susmam üçün nöbəti addım idi. Ş.Əliyev bildirdi ki, jurnalist əhəmiyyətli fiqur deyil. Ona görə kimin nəyinə lazimdır, sizin evinizə girsinlər. Daha sonra dedilər ki, niyə nazirliyə muraciyət etmisən, biz məsələni araşdirirdıq. Mən onlara deyəndə ki, sizin araşdırmanızın ilkin mərhələsi binanın kameraların görüntülərin almaqdı.Dediler binanin kameraları uzun müddətdir ki, xarabdır və hal hazırdada işləmir. Biz yenə araşdırmamızı aparacaq. Aydın məsələdirki bu iş kim tərəfindən törədilib. Necə ki yoldaşımın həbsini var gücləriylən ört-basdır edirlər, bu məsələni də anında həll etdilər”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info












