Həccə gedən ilk zəvvar qrupumuz Ümrə ziyarətini yerinə yetirib

  • By admin
  • 25 Avqust 2017 17:43

hecc

Azərbaycandan Həccə gedən ilk zəvvar qrupu bu gün səhərə yaxın Ümrə ziyarətini (Həccin ilk əməlini) yerinə yetiriblər.

Qafqaz Müsəlmanları İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, zəvvarların vəziyyəti normaldır, heç bir problem yoxdur.

Məlumatda qeyd olunub ki, hazırda zəvvarların olduğu Məkkə şəhərində havanın temperaturu 38 dərəcədir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Zəvvarların son qrupu avqustun 26-da Səudiyyə Ərəbistanına gedəcək.

Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.

Gununsesi.info