
Bu gün günorta saatlarında Yasamal rayonun avtomobil hərəkətdə olarkən anidən alışaraq yanıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun mətbuat prospektində baş verib. Prospektən üzü İnşaatçılar metro stansiyasına tərəf hərəkətdə olan avtomobilin sürücüsü nəqliyyat vasitsəinin tüstüləndiyini görərək avtomobli dayandıraraq nəqliyyat vasitəsini tərk edib.Çox keçmir ki bu tüstülənmə yerini alova verir. Qısa zaman kəsiyində alov avtomobilin ön hissəsini öz əhatəsinə alır. Ətrafdakıların Fövqəladə hallar nazirliyinin yangından mühafizə hissəsinə məlumat verməsi ilə əraziyə qurumun yangın söndürənlər cəlb olunub. Onların səyi ilə yangın lokallaşdırılıb. Xoşbəxtlikdən alov avtomobilin yanacaq çəninə keçməyib.
Hazırda yangının hansı səbəbdən baş verdiyi araşdırılır.

Gununsesi.info











