
Azərbaycanın xarici dövlət borcu isə 7,6 mlrd dollar təşkil edir.
Gununsesi.info Maliyyə Nazirilyinin rəsmi saytına istinadən xəbər verir ki, bu 2017-ci il büdcə layihəsində əksini tapıb.
Azərbaycan dövlətinin imzalanmış sazilər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 20%-ni təşkil edir. Bu isə adambaşına düşən xarici dövlət borcu 782,6 dollar edir.
Ölkəyə cəlb edilən kreditlərin 39,2% sabit dərəcəli kreditlər, 60,8 %-ni dəyişkən dərəcə ilə olan kreditlər təşkil edir.
İmzalanmış müqvilələrə əsasən xarici dövlət borcunun 53,2 faizinin 10 ilə, 41,2 faizini 10 ildən 20 ilədək, 5,6 faizini isə 20 ildən artıq müddətə qaytarmalıdır.
Mürtəza
Gununsesi.info








