“Mətbuata məlumat vermirik, danışıqlar davam edir” - ELMAR MƏMƏDYAROV

  • By admin
  • 29 Sentyabr 2016 14:40

elmar

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensivlik davam etdirilir. Bəlkə biz mətbuata bu barədə çox məlumat vermirik, amma deyə bilərəm ki, həm həmsədrlərlə, həm də öz səviyyəmdə nazirlərlə müzakirələr aparırıq”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir danışıqların davam etdirildiyini vurğulayıb: “Mətbuata məlumat vermirik. Qərara gəlmişik ki, bəlkə mətbuatsız nəticə əldə edək, sonra bu barədə mətbuata məlumat verək”
Gununsesi.info