Hökumət SOCAR-a  560 milyon manat yardım edəcək

  • By admin
  • 29 Sentyabr 2016 14:35

budce_1422305160

Dövlət büdcəsində investisiya xərcləri 1.4 milyard manat ixtisar edildi

2017-ci ildə hökumət investisiya xərclərini 38 faiz ixtisar etdi.

Gununsesi.info Maliyyə Nazirliyinin gələn ilin büdcə proqnozlarına dair sənədinə istinadən bildirir ki, ümumi investisiya xərcləri 1 milyard 882 milyon manat təşkil edəcək. Bu isə cari illə müqayisədə 1 milyard 142 milyon manat ixtisar deməkdir.

Əsas azalma dövlətin əsaslı vəsait qoyuluşunda gözlənilir. Belə ki,  dövlət büdcəsinin xətti ilə ayrılan investisiya xərcləri 1 milyard manat 860 milyon manat olacaq. Halbuki 2016-ci il üçün 3 milyon manat proqnozlaşdırılıb.

Həmin vəsaitin 560 milyon manati Cənubi Qaz Dəhlizi layihəsində SOCAR-ən iştirak payının maliyyəşdirilməsi üçün şirkətin nizamnamə kapitalının artırılmasına yönələcək.

Burada diqqət çəkən məqamlardan biri dövlət büdcəsində müvafiq xərclər bölməsində əsaslı vəsait qoyuluşuna əlavə 1.796 milyon manat ayrılması nəzərdə tutulur. Sənəddə göstərilir ki, həmin xərc bölməsi üzrə vəsait dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibatı, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və əsaslı təmirinə yönəldiləcək.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info