Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər

  • Müəllif: admin
  • 21 Oktyabr 2019 14:45

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

Gununsesi.org-un İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

O qeyd edib ki, İran Prezidenti və Xarici İşlər naziri Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.

 

 

Gununsesi.org