Hakerlər nazirin poçtunu ələ keçirmək istədi

  • By admin
  • 31 Yanvar 2017 20:36

cexiya

 

Çexiya Xarici İşlər Nazirliyinin elektron poçtu hakerlərin hücumuna məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mixaela Laqronova məlumat yayıb.

O bildirib ki, kiber hücumların əsas hədəfi nazir Lübomir Zaoralekin və nazirliyin yüksək rütbəli şəxslərinin poçtunu ələ keçirmək olub:

“Məxfi informasiyaların təhlükə altında olması ilə bağlı bizdə məlumat yoxdur”.

 

Gununsesi.info