Millət vəkili yol polisinə nədən minnətdarlıq etdi - FOTO

  • By admin
  • 31 Yanvar 2017 20:50

yol-aydin

“Bu da günümüzün qəhrəmanı olan yol polisi baş serjantı Teymur Süleymanov. Dünən sosial şəbəkələrdə srağagünkü axşam qarlı havada maşınların sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi əməkdaşının videogörüntüsü yayıldı. Sonradan onin yol polisi baş serjantı Teymur Süleymanovun olduğu aydınlaşdı. Bu gün Bakı Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdüri Vaqif Əsədova zəng edərək həmin polis işçisi ilə görüşmək istədiyimi bildirdim”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, məlum olub ki, həmin yol polisinin fəaliyyət marşrutu Milli Məclisə yaxındır.

“Hadisə də hərəkətin sıx olduğu, kəskin döngəsi ilə tanınan “Teleteatr” binası yanında olub.

Teymur çox təvazıkar və azdanışan bir gəncdir. Gördüyü işdən də elə geniş danışmağı xoşlamır. Bildirdi ki, “etdim ki, avtomobillər toqquşmasın, hadisə olmasın”.

Baş serjanta təşəkkür etdim, onun öz hərəkəti ilə Azərbaycan xalqının ən yaxşı cəhətlərini göstərdiyini vurğuladım.

Məlum oldu ki, Bakıda daha bir neçə yol polis əməkdaşı eyni hərəkəti daha bir neçə yerdə ediblər. Yol polisinin həmin gecə işinə sayıq yanaşması nəticəsində heç bir ağır avtombil qəzası baş verməyib”-deyə, millət vəkili sonra yazıb.

Gununsesi.info