Hakimlərimiz Çempionlar Liqasında

  • By admin
  • 23 İyun 2017 16:19

11

İyulun 18-19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Anar

Gununsesi.info