
Milli Məclisin üzvü Eldar Quliyev Report-a müsahibəsində ölkədə gənclərin işsizlik məsələsinə toxunub.
Gununsesi.org-un xəbərinə görə, YAP-çı deputat bildirib ki, iş olsa da gəncləri qane etmir: ” Qəribədir ki, 400-500 manatlıq aylıq maaşla işləmək istəyən yoxdur. Hamı Vergilər Nazirliyində, Gömrük Komitəsində işləmək istəyir. Dövlət işsizlik faizinin azaldılması üçün mühüm addımlar atır, yeni iş yerləri açılır. Bu problemlər də aradan qaldırılacaq”.
Gununsesi.org












