Hava şəraiti Gədəbəyi iflic edib

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 11:24

gedebey

 Oktyabrın 17-dən etibarən Azərbaycanın Qərb bölgəsində yağıntılı hava şəraiti  hələ də davam edir.

Gununsesi.info-nun xəbərinə  görə, Gədəbəy rayonunda dünəndən  başlayan yağış  qara keçib.  Hazırda qarın qalınlığı 6-7 sm-dir. Yerli icra orqanından  verilən məlumata görə, bir sıra kəndlərdə  qar daha çox yağıb və ağaclara ziyan dəyib. Həmçinin bəzi kəndlərə gedən elektrik naqilləri qırılıb. Aidiyyati qurumların fəsadların aradan qaldırılması istiqamətində iş apardığı bildirilib. 

Gülnaz Qənbərli

Gununsesi.info