
Bu gün Hindistanda özəl bir xəstəxanada baş vermiş yanğında 24 nəfər ölüb.
Gununsesi.info “Anayurt” qəzetinə istinadən xəbər verir ki, Hindistanın Odişa ştatında özəl bir xəstəxanada baş verən yanğında 24 nəfər həyatını itirib,106 nəfər isə yaralanıb. Hazırda yanğın baş verən əraziyə çox sayda təcili tibbi yardım və yanğınsöndürən maşınları cəlb edilib.
Hindistanın səhiyyə naziri J.P. Nadda yanğınla bağlı “Times Now TV” kanalına açıqlama verib. O bildirb ki, Odişa ştatının paytaxtı Bxubaneşvarda yerləşən “Sum” xəstəxanasının diyaliz şöbəsində elektrik naqillərində baş verən qısaqapanma güclü yanğına səbəb olub.
Nadda yanğın zamanı yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu və ölü sayının artacağını da istisna etməyib.
Qeyd edək ki, hazırda xəstaxanda baş verən yanğın müəyyən dərəcədə nəzarət altına alınıb. Xəstəxanada olan 500-dən çox xəstə isə digər xəstəxanalara köçürülüb.
Anar
Gununsesi.info












