“Heç bir qüvvə Azərbaycanın dünyadakı imicini, uğurlarını sifarışli və əsassız iftiralarla sarsıda bilməz” - MÜBARİZ MƏNSİMOV

  • By admin
  • 07 Sentyabr 2017 09:50

mubariz

Son vaxtlar ABŞ və bir sıra Qərb mətbuatında Azərbaycanla bağlı tənqidi məqalələr yer almaqdadır. Həmin yazıları analiz etdikdə aydın olur ki, Qərb mediasında ölkəmizə qarşı açıq-aşkar çirkin kampaniya aparılır. Belə ki, Azərbaycanda öz maraqlarını güdən, rəsmi Bakının yürütdüyü müstəqil siyasəti planlarına əngəl hesab edən bir sıra xarici ölkələr bu yolla Azərbaycana təsir etmək niyyəti güdürlər. Söz yox ki, onlar bu zaman transmilli korporasiyalardan, onların saxta təbliğatından geniş istifadə edirlər.

Məhz elə bu səbəbdən də ölkənin ictimai-siyasi xadimləri, elm adamları, hətta xaricdə yaşayan iş adamlarımız belə, Azərbaycanı əsassız yerə tənqid edən, guya ölkəmizdə söz və mətbuat azadlığına qadağanın olmasını, siyasi fəaliyyətinə və əqidəsinə görə insanların həbs olunduğunu iddia edən xarici media qurumlarına öz etirazlarını bildirirlər.

Gununsesi.info xəbər verir ki, tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov da ölkəmizə qarşı çirkin kampaniya aparan həmin qüvvələrin uğur əldə etməyəcəyini bildirib.

“Azərbaycanın dünyada artan nüfuzuna zərbə vurmağa və dünya ölkələri ilə münasibətlərimizi pozmağa çalışan bəzi qüvvələr bilməlidir ki, heç bir uğur əldə edə bilməyəcəklər” deyən Mübariz Mənsimov qeyd edib ki, Azərbaycan dövləti sarsılmazdır: “Heç bir qüvvə Azərbaycanın qısa zamanda qazandığı dünyadakı imicini, uğurlarını sifarışli və əsassız iftiralarla sarsıda bilməz. Bəllidir ki, məqsəd ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmaq və Qərb ilə münasibətlərimizə, inkişafımıza, sabitlik və əmin amanlığa zərbə vurmaqdır. Hər kəs anlamalıdır ki, Azərbaycan dövlətinə və rəhbərliyinə qarşı aparılan qara PR nəticəsiz qalacaq. Azərbaycan daim inkişaf edir və edəcək. Mən də öz növbəmdə daim olaraq ölkəmin, prezidentimin yanındayam və fəxr edirəm ki, AZƏRBAYCANLIYAM!”

21397601_10155695166734320_447747609_n

Gununsesi.info