Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə bir müddət əvvəl Bakıda həbs edilən Rusiya vətəndaşları ilə bağlı cəza verilməsi istənilib.
Gununsesi.info xəbərinə görə, prokuror Safronov Sergey üçün 5 il, Bezuqliy Dmitri üçün 5 il, Aleksey Vasilçenko üçün 4 il, Valeriy Dulov üçün 5 il, Anton Draçov üçün 5 il, Dima üçün 4 il, Boris Timaşov üçün 4 il və Bezuqliy İlya üçün 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqli Daxili İşlər Nazirliyinin (DİN) İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elmar












