Rusiyanın ən varlı iş adamları - SİYAHIDA AZƏRBAYCANLI DA VAR

  • By admin
  • 07 Sentyabr 2017 09:45

dollar

Gununsesi.info “Forbes” jurnalına istinadən xəbər verir ki, Rusiyanın ən varlı iş adamları siyahısında top 10-luğa ötən il Leonid Mixelson başçılıq edib. Onun sərvəti 2016-cı ildə 14 milyard dollar təşkil edib.

İkinci sırada Mixail Fridman yer alıb. İş adamının sərvəti 13 milyard dollar olub. Sonrakı sıralama isə aşağıdakı kimi aparılıb:

Əlişir Usmanov- 12.5 milyard

Vladimir Potanin -12,1 milyard

Qennadiy Timçenko -11,4 milyard

Aleksey Mordaşov – 10,9 milyard

Viktor Vekselberq -10,5 milyard

Vladimir Lisin-9,3 milyard

Vahid Ələkbərov-8,9 milyard

Qerman Xan -8,1 milyard

Xatırladaq ki, ötən il üzrə Rusiyanın ən varlı iş adamı seçilən Leonid Mixelson “Forbes”in 2015-ci il üzrə reytinqində 6-cı sırada, Vahid Ələkbərovdan sonda yer alırdı. O zaman onun sərvəti 11,7 milyard dollar idi.

Gununsesi.info