
Özbəkistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Məlumatda bildirilir ki, hadisə ölkənin şərqində Fərqanə vilayətində Müdafiə Nazirliyinə aid “Mİ-171” tipli hərbi helikopter uçuş zamanı qəzaya uğrayıb. Nəticədə 3-ü pilot olmaqla daha 6 əsgər həyatını itirib.
Bununla bağlı Özbəkistan rəhbərliyi, vertolyot qəzasında həyatını itirənlərin ailələrin və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, hərbi helikopterin qəzaya uğramasının səbəblərini xüsusi komissiya araşdıracaq.
Anar
Gununsesi.info










