
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında yoluxucu Hepatit A virusu yayılıb. Məlum olduğu kimi sözügedən xəstəlik adətən su vasitəsilə yayılır. Bu isə bütün diqqəti Ceyranbatan su anbarına yönəldib.
Gununsesi.info-nun məlumatına görə, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) süjet hazırlayıb.
Bildirilib ki, Abşeron yarımadasının 80 faizdən çox hissəsini su ilə təmin edən anbarda filtrasiya prosesi bir neçə mərhələdən keçir:
“Ceyranbatan gölündəki su nasosla çəkilir. Xüsusi mexaniki süzgəclər vasitəsilə suyun tərkibindəki kiçik və böyük çirkablar təmizlənir. Gün ərzində bütün bu analizlər aparılır”.
Daha ətraflı videomaterialda: