Hesablama Palatası bu banklarla bağlı ciddi maliyyə pozuntuları aşkarladı - QƏRAR HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLİB

  • By admin
  • 15 Dekabr 2017 12:10

Əmanətlərin Sığortalanması Fondunda audit tədbiri başa çatmayıb, proses davam edir”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: “Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialların hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib”.

Gununsesi.info