Heyvanların həyatını xilas edən körpülər - FOTOLAR

  • Müəllif: admin
  • 19 May 2017 12:19

korpu7

Dünya əhalisinin sayı artdıqca nəqliyyat və tikinti üçün ayrılan ərazilər vəhşi təbiətdə yaşayan canlıların həyatı üçün ciddi təhlükələr yaradır. Hər il təkcə avtomobil vurması nəticəsində çox sayda heyvan məhv olur. Statistikaya görə, ABŞ-da hər il bu səbəbdən ölən canlıların sayı 1 milyona çatır. Lakin bəzi ölkələr vəhşi heyvanlara diqqət göstərərək onların təhlükəsizliyi üçün bəzi tədbirlər həyata keçirib.

Heyvanlar üçün nəzərdə tutulmuş ilk körpü 1950-ci illərdə Fransada tikilib. Bu ideya  sonralar bir sıra ölkələrə rəğbətlə qarşılanıb və heyvanlar üçün keçid salmaq ənənəsi davam etdirilib. Hazırda dünyanın bir çox ölkəsində meşələr və dağlar arasında vəhşi təbiətə məxsus canlıların keçməsi üçün tikilmiş xüsusi körpü və keçidlər var. Bu, heyvanların təhlükəsizliyi yolunda atılmış ən gözəl addımlardan biridir.

Gununsesi.info heyvanlar üçün tikilmiş körpü və keçidlərin fotoşəkillərini təqdim edir.

korpu3

 

korpu2

 

korpu1

 

korpu4

 

korpu6

 

korpu

 

korpu5

 

korpu8

Gununsesi.info