
Bakıda Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının iclası keçiriləcək.
Bu barədə Gununsesi.info-ya Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimovun mətbuat katibi Xanoğlan Əhmədov məlumat verib.
Onun sözlərinə görə, oktyabrən 4-də Bakıda Hilton Hotelində Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının iclası keçiriləcək. İclasın gündəliyinə Assosiasiyanın qeydiyyatı ilə əlaqədar məlumat, Assosiasiyanın gələcək iş proqramının müzakirəsi və cari məsələlər daxildir.
Gununsesi.info












